Cinayət dünyası
Xan "Lotu Quli"ni gözümün önündə güllələdi - YEGANƏ ŞAHİD/VİDEO
Video əlavə olunub.
xxx
“Saat 21:00 radələrində Nadir Səlifov, mən və ona yaxın olan bir çox adamlar otelin restoranında idik. Çoxlu qonaqlar vardı. Heç bir təhlükə yox idi".
Publika.az xəbər verir ki, bunu avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın qohumu bildirib.
Həmin şəxs cinayətin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış avtoritet onun gözü qarşısında güllələnib. Hadisə barədə danışan həmin şəxs deyib:
“Yeməyi bitirdikdən sonra Quli mühafizəçilərlə birlikdə oteldəki otağına getdi. Sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana enib onu gözlədim. Az sonra Quli gəldi. Onun xeyli mühafizəçisi var idi, amma hamısı silahsızdı və dəhlizdə idilər. Bu sektorda biz ikimiz qaldıq. Heç kim yox idi. Birdən Xan (Xaqan Zeynalov ) gəldi. Narahatlıq əlaməti yox idi. Xanın əlində bir çanta vardı. O, bizim stola yaxınlaşdı. Mənim ağlıma da gəlməzdi ki, o, tapançanı çantanın altında tutub.
Nadir Səlifovun qohumunun dediyinə görə, Lotu Quli və onun oturduğu masaya yaxınlaşan qatil birdən atəş açıb: "O, Quliyə dörd dəfə atəş açdı. Bir güllə başına, ikincisi başının arxasına, ikisi də kürəyinə dəydi. Hər şey elə gözlənilməz və sürətlə baş verdi ki, gözlərimə inana bilmədim. Mənə elə gəldi ki, bütün bunlar gerçəkdə baş vermir. Ancaq Quli masaya yıxıldı".
Qohumunun dediyinə görə, Səlifov Beretta markalı tapança ilə vurulub.
N.Səlifovun qohumu iddia edir ki, işini gördüyünə əmin olduqdan sonra Xaqan Zeynalov qaçmağa başlayıb:
“O, dəhlizə girib "Lotu Quli vuruldu" deyə qışqırmağa başladı. Bir neçə saniyə sonra təxminən on silahsız mühafizəçi otağa girdi. Mən yalnız Xan Əhmədlinskinin Qulini vurduğunu söyləyə bildim ”.
N.Səlifovun qohumu Xaqan Zeynalovun qanun oğrularının dairəsinə bir il əvvəl girdiyini və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazanmağı bacardığını söylədi. “Şəxsən mən ondan şübhələndim. Quli kimi təcrübəli bir insanın ətrafına bir il əvvəl etibar etdiyi təsadüfi bir insanı necə qəbul etdiyi mənə aydın deyil”.
Haqqin.az-ın əldə etdiyi məlumata görə, Xaqan Zeynalov məşhur bakılı zərgər Dayanət Zeynalovun oğludur.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











