Cinayət dünyası
Lotu Qulinin 48 yaşı tamam oldu: Qana-qan andı - VİDEO
Bu gün azərbaycanlı “qanuni oğru”, avqustun 19-da Antalyada qətlə yetirilən Quli Bakinski ləqəbli Nadir Səlifovun 48 yaşı tamam olub.
Publika.az xəbər verir ki, ölümündən bəri hər gün onun məzarını ziyarət edən ailə üzvləri və yaxınları bu gün də onu məzarı başına toplaşıblar. Bildirilir ki, Qulinin ən yaxın adamları onun qanını yerdə qoymayacaqları barədə and içiblər ki, bu da gözlənilən idi.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulmuşdu. N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı.
2017-ci ilin avqustunda Quli uzun illərdən sonra azadlıqda-İstanbulda böyük mərasim təşkil olunmuşdu.
Qulinin sonuncu ad günü də xeyli səs-küylü ərəfəyə təsadüf etmişdi. Çünki 2019-cu ilin avqustunun sonunda baş vermiş bir hadisə də indi Qulinin qətlinin versiyasısı sırasındadır. Məsələ ondadır ki, Quli ilə yaxınlaşan “qanuni oğru” Quram Çixladzenin Lənkəranskinin adamları ilə yaxınlığı üzə çıxmışdı. Quli isə iddialara görə, Quramın Lənkəranski klanı ilə internetdə üzə çıxan şəklini gördükdən sonra şillədib, ondan uzaq durmasını istəyib.
Bu işi isə “Vəhşi Arman” ləqəbi ilə tanınan qazaxıstanlı frayer Arman Cumagəldiyev edib. “Qanuni oğru”nun vurulması, həm də bu hadisənin Quli kimi nüfuzlu “qanuni oğru”nun iştirakı ilə gerçəkləşməsi kriminal aləmdə böyük rezonans doğurmuşdu. Quli ilə insidentdən sonra Şakro Molodoy və daha bir nüfuzlu qanuni oğru Badri Koquaşvili Quramın müdafiəsinə qalxmışdı. Şakro hətta bəyan etmişdi ki, Qurama vurulan zərbəni özünə vurulmuş hesab edir.
Bu söz-söhbətin fonunda isə Quli sentyabrın 5-də özünə sonuncu dəfə ad günü etdi. 47 yaşlı azərbaycanlı “qanuni oğru”nun ad gününə isə kriminal aləmin cəzalandırılacağını gözlədiyi “Vəhşi Arman”ın məclis üçün hazırlatdığı tort damğasını vurdu. Tortda Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bayraqları olub. Bu isə həmin ölkələrin “qanuni oğru”larının Quliyə dəstəyi kimi izah edilirdi.
Məlumata görə, Quli qazaxəsilli avtoritet vasitəsilə Qazaxıstanın yeraltı dünyasına nəzarət etməsinə çalışırdı.Bildirilirdi ki, Qazaxıstanda kriminal aləm bir mərkəzdən idarə olunmur. Quli isə bu boşluğu Arman Cumagəldiyevlə doldurmaq istəyirdi. Buradan isə Orta Asiyanın digər ölkələrinə nüfuz etməyi planlaşdırırdı.
İddia olunurdu ki, Qulinin rəqibləri də Qazaxıstanı ələ keçirmək istəyirdilər və Arman Cumagəldiyevlə yaxınlığı bu səbəbdən istəmirdirdilər.
Armanın əvvəllər tez-tez Türkiyədə olduğu bildirilirdi. Qulindən sonra isə onun həyatı da ciddi təhlükə altında olduğu deyilir. (Musavat.com)
-
Maraq dünyası17:04Van Dammın heykəli Vəndama qayıtdı - FOTO
-
MDB16:20Bir günə 1290 hərbçi itirdilər
-
Maraq dünyası16:11Amerikalılar "Ayfon"u niyə basdırdılar - Kapsul 2276-cı ildə açılacaq
-
MDB15:41Rusiya Polşanı vurmağa hazırlaşır? - Peskovdan maraqlı reaksiya
-
Magazin215:33Güngör: "Əsgərlikdə 9 kilo arıqladım" - FOTO
-
Hadisə14:38"Arzum"un səhhəti pisləşdi
-
Magazin114:26Tünzalənin qardaşı vəfat etdi
-
Region13:03Paşinyan seçki qələbəsindən sonra ilk dəfə Rusiyaya səfər edəcək































.jpg)





