Cinayət dünyası
Xan Lotu Qulini öldürməzdən əvvəl BUNU EDİB - ŞOK VİDEO
Video əlavə olunub.
xxx
Türkiyə mətbuatı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qətlindən bir gün əvvəl Antalyada dostları ilə birlikdə yemək yediyi restoranlardan birinin nəzarət kameralarından video görüntülər yayımlayıb. Həmin gün kriminal bossun qatili 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) da restoranda olub.
Publika.az xəbər verir ki, kadrlarda Nadir Səlifovun bir qrup şəxslə restorandan çıxaraq avtomobilinə mindiyi əks olunub. Daha sonra Xəqan Zeynalov restorandan çıxıb başqa maşına oturub gedir.
Bir gün əvvəl isə Xəqan Zeynalov da həmin restoranda olub. Təhlükəsizlik kameralarında onun maşın saxlanma yerində gəzərək telefonla danışması qeydə alınıb.
Xatırladaq ki, azərbaycanlı "qanuni oğru" Nadir Səlifov avqustun 20-nə keçən gecə Antalyada yerləşən otellərdən birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Xan Əhmədlinski ləqəbli ilə tanınan kriminal avtoritet Xəqan Zeynalovdur.
Qətldən əvvəl Xan Əhmədlinski oteldə Lotu Qulinin arxasınca getdiyini əks etdirən video çəkərək görüntünü sosial şəbəkələrdə yayıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib. Bütün bunlar qatilin diqqətlə və uzun müddət cinayətə hazırlaşdığını göstərir.
Qətli törətmiş Xəqan Zeynalov çöldə avtomobildə onu gözləyən 25 yaşlı Əmir Həmidlinin köməkliyi ilə qaçmağa müvəffəq olub. Cinayətkarlar Antalya-Dənizli avtomobil yolunda tutulub. Polis əməkdaşları onları ciddi təhlükəsizlik tədbirləri altında məhkəməyə aparıblar.
Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib.
“Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.
Lotu Qulinin Xəqan Zeynalova çox güvəndiyi və onu 10 yaşından tanıdığı bildirilir.
Xəqan Zeynalov hazırda qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur, Həmid Əmirli isə onun ortağı kimi saxlanılır. / Virtualaz.org
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











