Cinayət dünyası
Məharətlə ört-basdır edilən mürəkkəb cinayət işi - Müşfiq Abbasovun qələmindən "-4"
“- 4” romanı uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan detektiv yazıçı Müşfiq Abbasovun ilk əsəridir. Müəllifin araşdırdığı cinayət hadisələri, üstünü açdığı qətllərin təcrübəsindən ərsəyə gələn əsərdə məharətlə ört-basdır edilən mürəkkəb bir cinayət işinin istintaqından bəhs olunur.
Əsərin qəhrəmanı yüksək məntiq və intuisiyaya sahib Yusif Axundovun simasında prokurorluq orqanları əməkdaşlarının mürəkkəb, şərəfli və təhlükəli işindən, qarşılaşdıqları çətinliklərdən söz açılıb.
Ən önəmlisi isə onların cinayət törədən qatillə yanaşı vəzifə səlahiyyətlərindən yararlanıb məsləyinə xəyanət edən, cinayətkara havadarlıq edən həmkarları ilə mübarizəsi ön plana çəkilib.
Müşfiq Abbasovun bu əsərinin Azərbaycan milli detektivində özünəməxsus üslubu və mövqeyi ilə fərqlənəcəyinə, klassik detektivin maraqlı nümunəsi kimi birnəfəsə oxunub oxucu auditoriyasının qəlbini fəth edəcəyinə əminik.
Hazırda "-4" romanı çap ərəfəsindədir və tezliklə oxucuların ixtiyarına veriləcək.
Qeyd edək ki, 208 səhifədən ibarət kriminal roman Azərbaycan Respublikasının məhrum Baş prokuroru, şəhid İsmət Qayıbova ithaf olunub.
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi



















.jpg)





















