Cinayət dünyası
"Lotu Quli"nin imperiyasını çeçen avtoritet ələ keçirir? - ŞOK TƏFƏRRÜAT/VİDEO
Video əlavə olunub.
xxx
08:12
"Lotu Quli" ləqəbli məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun öldürülməsindən sonra onun biznesinə çeçen Əhməd Dombayev (Əhməd Şalinski) iddia edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Əhməd Şalinski cinayətkar aləmin Çelyabinsk vilayəti üzrə kuratorudur (“smotryaşiy”). Lotu Qulinin öldürülməsindən sonra onun biznes imperiyasına qardaşı Namiq Səlifov başçılıq edir. Rusiyanın iri bazarlar və topdansatış mərkəzlərinin ticarətçiləri indi ona haqq ödəyirlər.
Lakin Əhməd Şalinski indi bu biznesə iddia edir. Bildirilir ki, çeçenlər hələ də həbsxanalarda və islah əmək düşərgələrində “smotryaşiy” olaraq qalırlar. Onların arasında ən nüfuzlusu Dombayev hesab olunur.
Ə.Dombayev 2009-cu ildə kriminal karyerasına başlayıb.
Moskvada silah tətbiq etməklə TIR-ı soyub. Buna görə 10 il həbs cəzası alıb. Həbsxanaya düşən kimi kriminal aləmdə nüfuz qazanmağa başlayıb. 2012-ci ildə ona “qanuni oğru” titulu veriblər.
2019-cu ildə azadlığa buraxılandan sonra Dombayev Çeçenistana qayıdıb, amma 2020-ci ilin iyununda Moskvaya gedib. Onun Moskvada meyvə-tərəvəz alverini nəzarətə götürmək istədiyi təxmin edilir.
Lakin “Praym Kraym” portalının əldə etdiyi məlumata görə, Əhməd Şalinski bu günlərdə tələsik Moskvadan qaçıb. Çünki onun barəsində Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqeyə sahibi olmaq) üzrə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasının təşəbbüskarı Şimali Osetiyanın Daxili İşlər Nazirliyidir. Bu maddə isə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - VİDEO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO























.png)














