Cinayət dünyası
Neyderovu həbsə aparan yolda "LOTU QULİ" İZİ: İllərin mübarizəsi "Sultanat"da tamamlandı
Dünən Kazanda saxlanılan Tatarıstanın baş qanuni oğrusu Sergey Neyderov polisə ifadəsində “Lotu Quli” kimi tanınan Nadir Səlifov barədə danışıb.
Publika.az xəbər verir ki, bu barədə "EADaily" portalı məlumat yayıb. Qeyd edilib ki, Neyderov azərbaycanlı avtoritetin Tatarıstandakı fəaliyyətini Türkiyədən idarə edib.
Onun sözlərinə görə, yerli biznesin himayə olunması zəminində Tatarıstanda yerli cinayətkar qruplaşma ilə Nadir Səlifovun rəhbərlik etdiyi azərbaycanlılardan ibarət mütəşəkkil dəstə arasında uzun illər mübarizə gedib.
N.Səlifov Kazanda daşınmaz əmlakın tikintisi ilə məşğul olmaq qərarına gəlib və Sergey adlı yerli iş adamına fəaliyyətə başlamaq üçün bir neçə milyon rubl verib. Lakin podratçı şirkət onu aldadaraq pulları mənimsəyib və bundan sonra Sergey Nadirə borclu qalıb. Azərbaycanlılar ondan pulu qaytarmağı tələb etdikdə, o, aldadıldığını bildirib, lakin bunun xeyri olmayıb.
Belə vəziyyətdə iş adamı yerli avtoritet Ruslan Xusainova sığınıb. Sonuncu isə Nadirlə danışmaq üçün İstanbula yola düşüb. Amma elə bu zaman “Quli” qətlə yetirilib və danışıqlar onun qardaşı, qanuni oğru Namiq Səlifovla aparılıb. Uğursuz söhbətdən sonra Xusainov Tatarıstanın baş qanuni oğrusu Neyderovun yanına gəlib və ondan məsləhət alıb. O da öz növbəsində həmyerlisini dəstəkləyib.
Beləliklə, azərbaycanlılar və yerli qanuni oğrular arasında Kazandakı “Sultanat” restoranı önündə münasibətlərin aydınlaşdırılmasından sonra məsələ Tatarıstan DİN-in diqqət mərkəzinə düşüb və Neyderov həbs olunub. (Oxu)
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO









































