Cinayət dünyası
Azərbaycanlı kriminal avtoritetin qətli üçün ödənilən məbləğ açıqlandı
“Albert Rıjiy” ləqəbli “qanuni oğru” Əli Heydərovu öldürməkdə şübhəli bilinən Mətləb Sultanovun bunu pul müqəbilində etdiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Ren TV kanalı məlumat yayıb.
Saxlanılan vaxt açıqlama verən M.Sultanov “Albert Rıjiy”ni sifariş əsasında öldürmədiyini bildirib. O, qətli törətməyin ilkin səbəbi kimi kriminal avtoritetin ona söyüş söyməsini göstərib.
Lakin telekanalın verdiyi məlumata əsasən, Əli Heydərovun qətli üçün Mətləbə 1.5 milyon rubl (təxminən 34 min manat) verilib. O, bu vəsaitlə Albertin yaşadığı “Al yelkənlər” yaşayış kompleksində mənzil kirayələyib, özü və rəfiqəsini binadakı idman zalına yazdırıb. Həmçinin, qatil cinayətdən sonra gizlənmək üçün ehtiyat mənzil də kirayələyib və elə həmin mənzildə də saxlanılıb.
“112” “Telegram” kanalının məlumatına görə qatil mərhumu bir il ərzində izləyib və şifarişçilərdən əmr gözləyərək uyğun anı seçib.
O, bu müddət ərzində şəxsi həyatına da vaxt ayırmağı unutmayıb. Belə ki, Əli Heydərovla eyni binada qalan Mətləb həmin mənzildə yaxın münasibətlərdə olduğu xanımla birlikdə yaşayıb. Qadın Sultanovun əslində kim olduğunu bilməyib. Mətləb özünü ona iş adamı kimi təqdim edib. Hazırda xanımın hamilə olduğu bildirilib. / Oxu.az
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya





























.jpg)









