Cinayət dünyası
Killer “Kürən Albert”i düz bir il izləyib, əmr gözləyib - Sifarişçi "Lotu Quli"nin qardaşıdır?
Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında “Albert Rıjiy” (“Kürən Albert”), “Alik Gəncinski” ləqəbləri ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanov düz bir il onu təqib edib. Və sifarişçidən əmr gözləyib.
Killer “Al yelkən” kompleksində mənzil kirayələyib və kompleksin fitnes-klubuna üzv yazılıb, hansı ki, Əli Heydərov müntəzəm olaraq orada idmanla məşğul olurdu. Sultanov sifarişçilərdən komanda gözləyib və qətl üçün əlverişli məqam seçib. Üstəlik bu müddət ərzində öz şəxsi həyatını da qurub, kirayə mənzildə sevgilisi ilə yaşayıb. Ona özünü biznesmen kimi təqdim edib, fitnes-mərkəzinə qadınla birlikdə gedib evə nadir hallarda baş çəkib. Qadın bildirib ki, Mətləb Sultanov messencerlərdəki yazışmaları silirdi və fotosunu çəkməyə icazə vermirdi. Hazırda o, öz dostundan uşaq gözləyir.
Mətləb Hüseynov qurbanını təqib etdiyi müddətdə sifarişçidən iri məbləğdə pul alıb və həmin pula xərclərini ödəyib. Ehtiyat üçün Moskvanın başqa səmtində də mənzil kirayələyib. O, aprelin 14-də həmin mənzildə yaxalanıb.
Saxlanılarkən “Kürən Albert”i onu telefonda söydüyü üçün öldürdüyünü deyib, lakin bu versiya müstəntiqlər üçün inandırıcı deyil. O, hələlik sifarişçinin adını çəkmir. Bəzi məlumatlara görə, “Albert Rıjiy” “Lotu Quli”nin ölümünü sifariş verdiyi üçün öldürülə bilərdi, lakin kriminal dairələrə yaxın mənbələr deyirlər ki, bu ağlabatan deyil. Çünki Əli Heydərov “Lotu Quli”nin qətlini sifariş verəcək qədər nüfuzlu biri deyildi.

İstintaq isə hesab edir ki, “Kürən Albert”in öldürülməsində “Lotu Quli”nin qardaşı “Namiq Bakinski” maraqlı ola bilərdi. Onun azı iki motivinin olması mümkündür. Belə ki, “Namiq Bakinski” qardaşının qətlini “Kürən Albert”in və “Badri Kutaisski”nin sifariş verdiyini düşünür. Bundan əlavə, Əli Heydərov ötən ilin iyununda həbsdən çıxandan sonra Moskvadakı meyvə-tərəvəz bazaları üzərində nəzarətə iddia edib, o cümlədən “Food City”ni özünə tabe etdirmək istəyib. Bu da “Namiq Bakinski”nin xoşuna gəlməyib.
Əli Heydərovun arvadı Olqa “Moskovskiy Komsomolets”ə deyib ki, ərinin işlərindən məlumatlı deyildi, onunla ancaq ailə məsələlərini müzakirə edirdi. Və Heydərovun öldürülməsini kimin sifariş verə biləcəyi haqda anlayışı yoxdur. Mətləb Sultanovu isə ilk dəfədir görürlər və ərinin onunla hər hansı tanışlığı olmayıb.

Yaxınları deyrlər ki, “Albert Rıjiy” həmişə iki silahlı cangüdənlə gəzirdi. Cangüdənlər onu evdən çıxan kimi hər yerdə müşaiyət edirdilər, hətta fitnes-kluba da birlikdə gedirdilər. Baxmayaraq ki, fitnes-klub evdən 2 dəqiqəlik piyada məsafəsindədir. Cangüdənlər Əlini soyunub-geyinmə otağına qədər müşaiyət edirdilər və idman edib bitirənə qədər orada gözləyirdilər.
Həmin gün aprelin 12-də Əli Heydərov idman etməyə gedəndə cangüdənə tapşırıb ki, iki maşını yusun. Cangüdən isə şefin idmanı başa çatana qədər ancaq bir maşını yumağa vaxt tapacağını, o biri maşını sabah “moyka”ya aparacağını deyib. Kriminal avtoritet cangüdəni maşın yumağa göndərərək idman zalına tək gedib və bu da onun acınacaqlı səhvi olub.
Killerə gəldikdə isə o, 2008-ci ildə bacısını qətlə yetirib, yeznəsinin qulağını kəsib və bu cinayətə görə həbsdə olub. Dediyinə görə, həbsdə "Albert Rıjiy"lə birlikdə "yatıb". (virtualaz.org)
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI



































.jpg)

