Cinayət dünyası
Sərxoş gəncləri öldürüb onlarla... - Dünyanın ƏN QORXUNC qatilləri - FOTO
Seriyalı qatil deyəndə fərqli insan tiplərinə rast gəlirik. Elələri var ki, təkcə qətllə kifayətlənmir, qurbanlarına işgəncə verərək zövq alır.

Publika.az psixopatiya səviyyəsinə çatan bir neçə seriyalı qatili təqdim edir:
Dennis Nilsen

Qurbanlarını sərxoş gənclər arasından seçib. 1978-1983-cü illər arasında cinayətlər törədib, qurbanlarını öldürərək cinsi əlaqədə olur, daha sonra isə onları parçalara ayırıb yandırırmış. Yaxalanınca "başqa bir həyəcan və ya xoşbəxtlik mənbəyi yoxdur" deyirmiş.
Cerri Brudos

Uşaqlıq illərindən hündürdaban ayaqqabılar, sonralar isə qadın geyimləri oğurlayırmış. Bu hal anasının onu qadın kimi böyütməsindən sonra ortaya çıxıb. 4 qətl hadisəsi törədən Cerri Brudos öldürdüyü qadınların sol ayaqlarını və sinələrini kəsirmiş. Qurbanın kəsilmiş bədən hissələrindən müxtəlif təyinatlı vasitələr hazırlayırmış. Cerri törətdiyi hər qətldən sonra dikdaban ayaqqabılar geyindiyini etiraf edib.
Nanni Doss

Digər maraqlı qatil Nanni Dossdur. İlk evliliyindən dörd övladı olan Doss iki uşağını öldürüb. Əri bu vəziyyətdən sonra onu tərk edib. İkinci evliliyində nəvələrini öldürüb, ərini isə zəhərləyib. Nanni Doss bununla kifayətlənməyib, üçüncü dəfə də ailə həyatı qurub. Üçüncü ərini də yandıraraq öldürüb. Dördüncü dəfə evlənəndə qayınanasını, sonra ərini öldürüb. Bundan yorulmayan Doss beşinci dəfə evlənib və yenidən cinayətə əl atıb. Nəhayət saxlanılıb. Dedikləri qan dondurub: "Həqiqi eşqi axtarıram. Evlənirəm, amma axtardığımı tapa bilməyəndə kişilərdən qurtulmaqdan başqa çarənin olmadığını düşünürəm".
Dennis Rader

Dennis Rader qurbanlarının evlərinə gizlincə girər, onları ələ keçirər, bağlayar, sonra da işgəncə verərmiş. Rader polisə kinayəli məktub yazaraq "Məndən danışılması üçün daha çox insanı öldürməliyəm" deyə qeyd edib. Qurbanlarından götürdüyü əşyaları polisə göndərib. Göndərdiyi bir disketdən sonra yaxalanıb.
Robert Berdella

Kişiləri qaçırıb öldürər, onları parçalara ayıraraq it yeməyi qablaşdırmalarına yığarmış. 1984-87-ci illər arasında 6 qətl hadisəsi törədib. Ayrıca, "The Collector" filmindən ilham alaraq bu cinayətləri törətdiyini etiraf edib.
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO





































