Cinayət dünyası
Türkiyə polisi onu axtarır, adamları isə hakim qarşısına çıxarılır - Dəhşətli qətlin YENİ İZLƏRİ
“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.
Publika.az xəbər verir ki, onların barəsində prokurorun təqdimatı ilə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu şəxslərin kimliyi açıqlanmır, amma hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməliyyatçıları həmin şəxsləri ötən həftə İstanbulda, İzmir, Ərzurum və Kocaelidə eyni vaxtda keçirilən əməliyyat nəticəsində yaxalamışdı. Polisin bildirdiyinə görə, bu şəxslər “Lotu Quli”nin qətlinin təşkilatçıları olublar və cinayətin ardınca qətlin törədildiyi oteldən necə qaçdıqlarına dair videogörüntülər var. Tutulanlar “Lotu Quli”nin qətlinin sifarişçisi hesab edilən, 2018-ci ildə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Namiq Canıyev özü hazırda Türkiyə polisi tərəfindən axtarılır.
Xatırladaq ki, “Rövşən Lənkəranski”nin qətlinin sifarişçisi “Lotu Quli” hesab edilirdi. "Lotu Quli" ötən ilin avqustunda Antalyadakı otellərdən birində "Xan Bakinski" ləqəbli yaxın adamı Xaqan Əhmədov tərəfindən güllələnib, hazırda həbsdədir. (Virtualaz.org)
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











