Cinayət dünyası
Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başladı - Ukrayna MN
Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.
Qurumdan bildirilib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.
Rəsmi informasiyaya görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.
“Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - Ukrayna MN-dan qeyd olunub.
Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur".
Bundan başqa, Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumu dəf edilib: “Həmçinin 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”. (report)
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO

















.jpg)






















