Cinayət dünyası
Ukraynada 9 mindən çox hərbi cinayət işi araşdırılır
Bu günə qədər Ukraynanın Baş Prokurorluğu sırf müharibə cinayətləri ilə bağlı 9158 cinayət işi açıb. Çernobıl AES-in ələ keçirilməsinə görə məsuliyyətin cəlb edilməsi prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində Ukraynanın baş prokuroru İrina Venediktova bildirib.
Baş prokurorun sözlərinə görə, Ukraynada hər gün dinc əhalinin ölümü, bombardmanlar, yetkin mülki şəxslərin və uşaqların təcavüzkar dövlətin ərazisinə deportasiyası ilə bağlı cinayətlərlə əlaqədar yeni işlərin açılması üçün əsaslar var.
"Hadisəni törədənlərin məsuliyyətə cəlb edilməsi prosesinə başlanılıb. İşğaldan çıxarılan yerlərdə, Kiyev, Sumı, Çerniqov vilayətlərində biz artıq konkret cinayətkarları müəyyən etmişik. Ümumilikdə, Kiyev vilayətində - bu 15 nəfərdir, xüsusən də Buçada - 10. Onlar işgəncə, zorlama və talanlarla məşğuldurlar. Həmçinin Çernobıl AES-in ələ keçirilməsinə görə məsuliyyətə cəlb olunma prosesinə başlanılıb", - Venediktova bildirib.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO

















.jpg)






















