Cinayət dünyası
51 ildən sonra deşifrə edildi - 37 qətl törədən cinayətkarın ŞOK MƏKTUBU
Video əlavə olunub.
xxx
ABŞ-da 37 qətl törətdiyi düşünülən və 1960-cı illərdən bəri axtarışda olan “Zodiac” ləqəbli qatilin verdiyi şifrəli məktub 51 il sonra deşifrə edilib.
Publika.az xəbər verir ki, Kaliforniya ştatında 1960-1970-ci illər arasında 5 cinayətdən məsul olan və qəzetlərə “Zodiac” imzası ilə kodlanmış mesajlar göndərdiyi üçün “Bürc qatili” adı verilən cinayətkarın şəxsiyyətini ortaya qoyacağını vəd edən 340 simvoldan ibarət kod deşifrə edilib.
ABŞ kriptoqrafı David Orançak, avstraliyalı riyaziyyatçı Sam Bleyk və adı qeyd edilməyən belçikalı proqram tərtibatçısı tərəfindən bir neçə ay davam edən araşdırmadan sonra məktub deşifrə edilib: “Ümid edirəm məni tutmağa çalışarkən çox əylənəcəksiniz. Qaz kamerasından qorxmuram, çünki məni cənnətə daha tez göndərəcək. İndi mənim üçün işləyəcək kifayət qədər qulum var”.
Səlahiyyətlilər açıqlama verib ki, deşifrə olunan bu məlumatlar qatili tapmağa çox da yardım etməyəcək və araşdırmanın davam etdiyi vurğulanıb. O, 1969-cu ildə qəzetlərlə əlaqə saxlayaraq və polisə zəng vuraraq özünü “Zodiac” kimi qələmə verib. Qatil 1960-cı illərdə yazdığı məktubda 37 nəfəri öldürdüyünü iddia edib. Sözügedən məktubdakı şifrəli mesajında “çox əyləncəli olduğu üçün öldürməyi sevirəm”, - deyə qeyd edilib.
Məşhur rejissor David Finşer “Zodiac” adlı filmi ərsəyə gətirib.
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)