Cinayət dünyası
"Qranada"da əməliyyat: 52 "qanuni oğru" saxlanıldı - 48-i azərbaycanlıdır
Rusiya polisi Moskva yaxınlığındakı restoranda 52 qanuni oğrunu saxlayıb.
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya polisi və “Qrom” xüsusi təyinatlıları Moskva yaxınlığındakı Mıtişi şəhərində yerləşən “Qranada” restoranında əməliyyat keçirib.
Əməliyyat nəticəsində 52 qanuni oğrunun saxlanıldığı bildirilir.
Məlumata görə, kriminal avtoritetlər narkotik və silah satışı ilə bağlı kriminal biznesdə aktual məsələləri müzakirə etmək üçün toplaşıbmışlar.
İclas iştirakçıları təhlükəsizlik qüvvələri gələn zaman gizlənməyə çalışsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları 52 nəfəri saxlamağa müvəffəq olub, onlardan iki odlu silah və içərisində naməlum toz olan çanta, həmçinin, narkotik vasitələr götürüblər.
Saxlanılanların 48-i Azərbaycan, ikisi Dağıstan, digər ikisi isə Ermənistan və Tacikistandandır.
Mehti Kamiloğlu
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































