Cinayət dünyası
Mafiyaya qarşı daha bir əməliyyat: 61 nəfər saxlanıldı
İtaliya polisi “Ndrangheta” mafiya klanının mümkün üzvlərinə qarşı yeni reyd təşkil edərək, 61 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, əməliyyat ölkənin yeddi rayonunda 500-dən çox təhlükəsizlik əməkdaşının iştirakı ilə keçirilib.
Keçirilən reydlər nəticəsində 61 şübhəli saxlanılıb. Onlar klanın fəaliyyəti çərçivəsində dələduzluq, narkotik qaçaqmalçılığı, dövlət strukturlarına soxulmaq cəhdləri, yerli fermerləri şantaj etmək kimi müxtəlif cinayətlərdə şübhəli bilinirlər.
Xatırladaq ki, ötən həftə İtaliya da daxil olmaqla altı Avropa ölkəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları “Ndrangheta” klanının şübhəli üzvlərinə qarşı genişmiqyaslı reyd keçirib, nəticədə 100-dən çox insan saxlanılıb.
"Ndrangheta" İtaliyada və bütövlükdə Avropada ən güclü cinayət şəbəkələrindən biri hesab olunur.
Mehti
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































