Cinayət dünyası
Babasının 19-cu əsrdə axtardığı qatili 21-ci əsrdə tapdı
Böyük Britaniya Londonun ən bədnam manyakı Cek Ripperin kimliyini üzə çıxardığını iddia edir.
Publika.az xəbər verir ki, keçmiş britaniyalı polis könüllüsü Sarah Bax Horton 19-cu əsrdə qarınçu Cek kimi milləti dəhşətə gətirən qatili ifşa etməklə Britaniya tarixinin ən sarsıdıcı cinayətlərindən bəzilərinin arxasında duran adamın kimliyini üzə çıxardığını iddia edir.
Qeyd edilir ki, Hortonun babası da Ripperin təhqiqatında iştirak edib.
İstintaq Hortonu qətllərin baş verdiyi ərazidə yaşayan Hyam Hyamsın yanına aparıb. O, psixiatriya xəstəxanalarında və xaricdə epilepsiya və alkoqolizmdən əziyyət çəkib, qəza nəticəsində yaralandıqdan sonra vəziyyəti daha da pisləşib və ondan sonra işləyə bilməyib. O, arvadının onu aldatdığını güman edərək dəfələrlə ona hücum edib və sonda anasını, arvadını döydüyünə görə həbs edilib.
Hortona görə, polisin təsvir etdiyi adam xarici görünüşcə Hyamsın portretinə tamamilə uyğun gəlir.
O, belə qənaətə gəlib ki, Hyamsın alkoqolizm ilə daha da ağırlaşan fiziki və əqli tənəzzülü onu ağır cinayətlərə sövq edib.
Hyams 1889-cu ildən 1913-cü ildə ölümünə qədər Londonun şimalındakı Colney Hatch sığınacağında həbs həyatı yaşayıb.
Mehti Kamiloğlu
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































