Cinayət dünyası
Yüksək səslə musiqi dinləməyin bədəli: həbs və cərimə
İspan yüksək səslə musiqi dinləyərək qonşularını narahat etdiyinə görə həbs edilib.
Publika.az xəbər verir ki, Barselona sakini 2012-ci ildən etibarən evdə yüksək səslə musiqi dinləyərək qonşularını narahat etməyə başlayıb.
Səs səviyyəsi ölçülərkən məlum olub ki, musiqinin səsi gündüz və axşam saatlarında 57 desibeli keçib, gecələr isə 56 desibelə çatıb. Bu da ki, qanunla icazə verilən 35 desibeldən xeyli çoxdur. Bildirilir ki, musiqinin səsindən hətta qonşu mənzillərdəki əşyalar titrəyib.
Qonşularından biri yuxusuzluqdan əziyyət çəkməsindən, digəri isə Altsheimer xəstəliyinin ağırlaşmasından məhkəməyə şikayətlənib.
Nəticədə elektron musiqi həvəskarı bir il üç ay müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin qonşularına 18 min avro cərimə ödəməlidir.
Mehti Kamiloğlu
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































