Cinayət dünyası
Məşhur sosioloq həbs edildi
FSB sosioloq Kaqarlitskiyə qarşı rəsmən ittiham irəli sürüb.
Publika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) rəsmi olaraq sosioloq və politoloq Boris Kaqarlitskini (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) internet vasitəsilə terrorizmə çağırışda ittiham edib.
Bu maddəyə əsasən, təqsirləndirilən şəxsi 7 ilə qədər həbs cəzası gözləyir. Vəkili Sergey Eroxov Kaqarlitskinin təqsirini boynuna almadığını vurğulayıb. “Professor Kaqarlitski heç vaxt terrorizmi dəstəkləməyib və ona haqq qazandırmayıb. Onun bütün çıxışlarının məqsədi Rusiya dövlətinin üzləşdiyi real problemləri göstərmək cəhdidir”, - deyə Eroxov bildirib.
Onun sözlərinə görə, Kaqarlitskinin işi Rusiyanın Komi Respublikası üzrə Federal Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır, bununla əlaqədar politoloq həbs olunduqdan sonra Sıktıvkar şəhərinə aparılıb və burada onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Mehti Kamiloğlu
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi








































