Cinayət dünyası
Başına 1 milyon dollar mükafat qoyulan qlamur həbs edildi - Onlara işləyirmiş
Ən böyük narkotik kartelinin qlamur ortağı həbs edilib.
Publika.az xəbər verir ki, Qvatemalada polis Meksikanın ən böyük narkotik karteli "Sinaloa"nın şəriki olan 33 yaşlı Ana Qabriela Rubio Zeanı həbs edib. Bu barədə “The Sun” məlumat yayıb.
La Gaby kimi tanınan qadın iyulun 21-də ABŞ-a ekstradisiya edilib. O, kartelin qurucusu Joaquin Guzmanın üç oğlunun rəhbərlik etdiyi Los Chapitos qrupu ilə əməkdaşlıq etməkdə şübhəli bilinir.
Müstəntiqlərin fikrincə, qadın fentanil istehsalı üçün 25 kiloqram Çin xammalının Meksikaya daşınmasının təşkilində əsas rol oynayıb.
Cazibədar həyat tərzini və Gucci brendini sevməsi ilə tanınan qadının başına 1 milyon dollar mükafat qoyulmuşdu. Həbs olunduğu yerdən çəkilmiş fotoşəkillərə görə, həbs edilən zaman qadın “Gucci” markalı sweatshirt geyinib.
Sinaloa Karteli 1987-ci ildə Joaquín Guzman Loera, aka El Chapo tərəfindən təsis edilib. Zaman keçdikcə o, ABŞ-da ən böyük dərman tədarükçüsünə çevrilib. 2016-cı ildə Guzmanın həbsindən sonra təşkilatı onun oğulları idarə etməyə başlayıb.
Mehti Kamiloğlu
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO



















.jpg)




.jpg)











