Cinayət dünyası
İş adamına 14 il həbs cəzası kəsildi - Başqa dövlətə "işləyirmiş"
"Group-IB"-nin təsisçisi Saçkov dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsi "Group-IB"-nin təsisçisi İlya Saçkovu dövlətə xəyanətdə təqsirli bilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Saçkov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (“dövlətə xəyanət”) ilə nəzərdə tutulmuş cinayət törədib. Saçkov cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Məhkəmə həmçinin onu 500 min rubl məbləğində cərimələyib. Prokuror iş adamının 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Saçkov öz təqsirini qəti şəkildə rədd edərək, bəraət hökmünün çıxarılmasını tələb edib.
Qeyd edək ki, keçmiş FSB zabiti, həm də dövlətə xəyanətdə təqsirli bilinən Sergey Mixaylov da onun əleyhinə ifadə verib. O iddia edib ki, Saçkov guya FTB-yə (ABŞ Federal Təhqiqatlar Bürosu) rus hakerləri haqqında məlumat verib.
"Group-IB" 2003-cü ildə yaradılıb. O, kiberhücumların qarşısının alınması və müvafiq proqram təminatının hazırlanması ilə məşğuldur.
Mehti Kamiloğlu
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


