Cinayət dünyası
Müdirə hücum edən şəxs hakim qarşısına çıxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun avtomobilinə hücum edərək, ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən tikinti şirkətinin rəhbəri Vahid Xələfov hakim qarşısına çıxarılıb.
Publika.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə bu gün məhkəmənin hazırlıq iclası keçirilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş adamının hüquqlarını dövlət tərəfindən təyin edilmiş vəkil Şəmistan Quliyev müdafiə edəcək.
Məhkəmənin hazırlıq iclası avqustun 4-nə təyin edilib.
Qeyd edək ki, Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hər iki tərəf arasında uzun müddətdir tikinti məsələləri ilə bağlı məhkəmə çəkişməsi gedir. Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.
Nəzrin
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


