Cinayət dünyası
Bu musiqiləri dinləyib-dinlətdirənlər daha çox cərimələnəcək - MƏBLƏĞ ARTIRILIR - VİDEO
Ukrayna ictimai yerlərdə rus musiqisinə görə cərimələri artırmaq niyyətindədir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ali Radanın deputatları ictimai yerlərdə rus musiqili məzmunun ifasına və yayımına görə cərimələrin artırılmasını təklif edirlər. Məlumata görə, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında qeydiyyatdan keçib.
“Ticarət, ictimai iaşə obyektlərində ictimai çıxış, kütləvi nümayiş, açıq elan (ictimaiyyətə, o cümlədən istənilən rabitə vasitəsi ilə hər kəsin istədiyi yerdən və istədiyi vaxt müraciət edə biləcəyi şəkildə), musiqili fonoqramlar, videoqramlar, kliplər, yayılması qadağan edilən digər əsərlərin xidmət sektoru - vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin üç yüz mislindən beş yüz mislinədək miqdarda cərimə edilir”, - qanun layihəsinin mətnində deyilir.
Ukrayna dilinin mühafizəsi üzrə komissar Taras Kreminin sözlərinə görə, 2022-ci ilin fevralından rusdilli mahnılar Ukrayna radiostansiyalarının efirindən çıxarılıb.
Qeyd edək ki, ötən ilin oktyabrından Ukraynanın milli musiqinin dəstəklənməsi və Rusiya musiqinin ictimai istifadəsinin məhdudlaşdırılması, habelə ictimai nəqliyyatda musiqinin yayımına qadağa qoyulması haqqında qanun qüvvəyə minib.
Mehti Kamiloğlu
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































