Cinayət dünyası
Jirinovskinin qeyri-qanuni oğlu məhkəməyə üz tutdu - Nə istəyir?
Jirinovskinin qeyri-qanuni oğlu məhkəmə vasitəsilə atalığın tanınmasını tələb edib.
Publika.az xəbər verir ki, Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn məhkəmə vasitəsilə atalıq faktının tanınmasını tələb edib. Bu barədə "Baza" özünün Telegram kanalında yazır.
İddia avqustun 2-də Moskvanın Nikulinski Məhkəməsində qeydə alınıb. Nəşrin məlumatına görə, 36 yaşlı Eydelşteyn atasının mirasına sahib çıxmaq istəyir.
Qeyd edək ki, fevarlın 14-də Eydelşteyn Moskva restoranlarından birində qalmaqal yaradıb. Hadisə yerinə gələn polis onu bölməyə aparıb. Oleq təhlükəsizlik qüvvələrini təhqir etməyə başlayıb və onlardan birinə yumruqla zərbə endirib.
Zərərçəkmişə həkimlər körpücük sümüyündə əzilmiş xəsarət diaqnozu qoyublar. Eydelşteyn məhkəmədə günahını boynuna almayıb.
Məlumata görə, Eydelşteyn 1986-cı ildə anadan olub. Doğulanda o, Qazdarov soyadını daşıyırdı, lakin sonra atası Jirinovskinin soyadını götürüb.
Eydelşteyn 2003-cü ildə Moskva Dövlət Açıq Universitetini, 2006-cı ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.
Mehti Kamiloğlu
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































