Cinayət dünyası
Qalmaqal: Süni intellekt 6 günahsız şəxsi polisə "satdı"
ABŞ-da polis süni intellektdən istifadə edərək, 8 aylıq hamilə olan Porça Vudruff da daxil olmaqla 6 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, ABŞ-da polis süni intellektin üz tanıma vasitələrinə güvənərək həbslər həyata keçirib. Süni intellektin günahsız yerə polisə tuş etdiyi şəxslərin hamısının qaradərili olduğu bildirilib. Hazırda səlahiyyətliləri məhkəməyə verməyə hazırlaşan Vudruff fevral ayında uşaqlarını məktəbə yola salacağı gün qapıya gələn Detroyt polisi tərəfindən evindən aparıldığını deyib.
“New York Times” qəzetinə danışan Vudruff həbsdə olarkən avtomobil oğurluğu və digər cinayətlərdə günahlandırıldığını, hamiləliyinin son dövründə olduğu üçün polis idarəsində ağrılar keçirdiyini bildirib. Sonda məlum olub ki, Vudruff bu cinayətləri törətməyib və polis agentliyinin istifadə etdiyi üz tanıma proqramı onu səhv müəyyən edib.
Məhkəmə sənədlərinə görə, Vudruffun qanunsuz həbsi Detroyt polisinə yanacaqdoldurma məntəqəsinin silahla qarət edildiyi barədə məlumat verildikdən sonra baş verib. Polis hadisədə şübhəli bilinən qadının görüntülərini aşkar etdikdə, onun üzünü "DataWorks Plus" adlı üz tanıma proqramına yükləyib.
Proqram axtarışı tamamladıqdan sonra Vudruffun adını verib. Üstəlik, Vudruffun sistemdə qeydiyyatda olan şəklinin hələ 8 yaşında çəkildiyi və süni intellektin bu fotodan istifadə edərək günahsız qadının adını verdiyi məlum olub.
Detroyt şəhər rəsmiləri süni intellektlə dəstəklənən sifət tanınma proqramına görə edilən qanunsuz həbslər səbəbindən üç fərqli məhkəmə işi ilə üzləşib. Mütəxəssislər bildirib ki, hüquq-mühafizə orqanlarında süni intellektdən geniş istifadə olunmağa başladıqdan sonra altı qaradərili vətəndaş qanunsuz olaraq həbs edilib.
Nəzrin
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































