Cinayət dünyası
Məhkəmə Jirinovskinin qeyri-qanuni oğlu haqda qərar verdi
Məhkəmə Jirinovskinin qeyri-qanuni oğlunu onun varisi kimi tanımaqdan imtina edib.
Publika.az xəbər verir ki, Moskvanın Nikulinski Rayon Məhkəməsi Oleq Eydelşteyni Liberal Demokrat Partiyasının yaradıcısı, siyasətçi Vladimir Jirinovskinin oğlu kimi tanımayıb. Bu barədə “Moskva” xəbər agentliyi məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Məhkəmə iddianı qəbul etməyib, çünki tərəflər arasında mübahisə ilə bağlı Kabardin-Balkar Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var”, - mənbə bildirib.
Məlum olub ki, Eydelşteyn 2022-ci ildə eyni tələblə - onun Jirinovskinin oğlu kimi rəsmən tanınması ilə bağlı Nalçik məhkəməsinə müraciət edib. Məhkəmə əvvəlcə onun iddiasını təmin etsə də, məsələdə maraqlı olan bir şəxsin müraciətilə Jirinovski ilə Eydelşteyn arasında münasibətlərin tanınması barədə qərar ləğv edilib.
Mehti Kamiloğlu
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama







































