Cinayət dünyası
Bank hesabına səhvən 10 milyon köçürdülər, xərclədi: İndi isə...
Avstraliyadakı kripto pul şirkəti "crypto.com"dan təsadüfən hesabına 10,5 milyon dollar yatırılan və pulun bir hissəsini xərcləyən Tevamanaqri Manivel məhkəmə qarşısına çıxarılıb.
Publika.az xəbər verir ki, “The Age” qəzetinin xəbərinə görə, 209 gündür istintaq təcridxanasında saxlanılan Manivel “haqsız yerə qazanılan gəliri məsuliyyətsizcə xərcləmək” ittihamlarını qəbul edib. Avstraliyada yaşayan malayziyalı qadının "crypto.com" ilə anlaşdığı və 8 milyon dollardan çox pulu şirkətə qaytardığı açıqlanıb. Məhkəmənin, səhvən yatırılan pulu fərqli bank hesablarına köçürərək Malayziyaya qaçmağa çalışan Manivellə bağlı hökmü sentyabrda verəcəyi gözlənilir.
Manivel 2021-ci ildə bank hesabından 100 dolların başqasına məxsus kripto hesabına yatırıldığını anlamış və pulu geri almaq üçün "crypto.com" şirkətinə müraciət etmişdi. Qayıdış edən şirkətin əməkdaşının səhvən 100 dollar əvəzinə 10 milyon 474 min dollar yatırdığını görən Manivel pulu başqa bank hesablarına köçürüb və xərcləməyə başlayıb.
Şirkət hadisədən təxminən 6 ay sonra səhvini anlayıb və pulun yatırıldığı bankla əlaqə saxlayaraq Manivellə danışmağa çalışıb. Tevamanaqri Manivel yanvar ayında Malayziyadakı bank hesabına təxminən 2 milyon dollar köçürüb və bir neçə həftə sonra Melburn hava limanında ölkəsinə qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb.
Nəzrin
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO


















.jpg)

















.jpg)


