• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Sevil Nuriyevanın ərini qətlə yetirən keçmiş polis həbs edildi - FOTO (YENİLƏNDİ)

  • Kriminal
  • 20 Sentyabr 2018 09:17
  • 6 960 Baxış
Sevil Nuriyevanın ərini qətlə yetirən keçmiş polis həbs edildi - FOTO

Ötən gecə İstanbulun Florya adlanan ərazisində Ədalət Partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək öldürülməsi hadisəsi ilə bağlı daha bir nəfər həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətdən 3 saat sonra Beşiktaş bölgəsindəki Etiler məhəlləsində yaxalanan keçmiş polis zabiti Gözəl Dəmirovla yanaşı onun sürücüsü də saxlanılıb.

Qeyd edək ki, gecə saatlarında Etimad İsmayılovun meyiti xəstəxanadan çıxarılaraq Yenibosna morquna təhvil verilib.

*****

9:19

Ötən gecə İstanbulun Florya adlanan ərazisində Ədalət Partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərk öldürən Gözəl Dəmirov həbs edilib.

Publika.az Habertürk-ə istinadən xəbər verir ki, hadisədən sonra qaçan G.Dəmirov İstanbulun Beşiktaş bölgəsindəki Etiler məhəlləsində yaxalanıb. Belə ki, qaçandan sonra maşınını da tərk edən G.Dəmirov tutlaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

O, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur. G.Dəmirovla E.İsmayılov arasında biznes sövdələşmələrinin olduğu və qətlin də buna görə baş verdiyi bildirilir.

Onu da qeyd edək ki, E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır, onların bir oğlu var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR