Avtomobil qaçıran şəxslər saxlanıldı - FOTO
Bizi izləyin

Kriminal

Avtomobil qaçıran şəxslər saxlanıldı - FOTO

Şamaxıda avtomobil qaçıran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Publika.az-a verilən məlumata görə, noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib. Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri - əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib. Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm