Kriminal
Azərbaycana gələn əcnəbinin daxili orqanlarından bunlar çıxdı – FOTO
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, ayrı-ayrılıqda sorğu-sual zamanı İran İslam Respublikasından ölkəmizə gələn həmin vətəndaşlar üzərilərində və onlara məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildiriblər.
Yoxlama zamanı vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün onlar, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, Safarıan Hadı Safıollahdan aşkar edilən 3 ədəd bükümdə 189 qram, Teımourı Nıat Payam Nematollahdan aşkar edilən 3 ədəd bükümdə isə 216 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?