Bələdiyyə sədrinin evinə silahlı hücum - Gecəyarısı gələn şəxslər atəş açdı
Bizi izləyin

Kriminal

Bələdiyyə sədrinin evinə silahlı hücum - Gecəyarısı gələn şəxslər atəş açdı

Türkiyənin Ankara şəhərində silahlı hücum faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, Ankara Qalacıq bələdiyyəsinin sədri Filiz Ulusoyun evi naməlum şəxs və ya şəxslər tərəfindən güllə yağışına tutulub.

Hadisə yerli vaxtla gecə saat 01:30-da meydana gəlib. Evdə olan 40 yaşlı bələdiyyə sədri silahlı hücumdan xəsarət almadan xilas olmağı bacarıb.

Ev sahibi dərhal polisə xəbər verib. Polis evdə istintaq-axtarış əməliyyatları keçirib. Həmçinin cinayətkarların axtarışına başlanılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm