Kriminal
Bakıda tanınmış jurnalistin evindən seyf oğurlandı – HƏBS EDİLƏNLƏR VAR
Bakıda mənzildən seyf oğurlanmış şəxslər tutulub.
Publika.az xəbər verir ki, fevralın 1-də Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları küçəsində yaşayan paytaxt sakini Şakir Eminbəyli Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yaşadığı evin ikinci mərtəbəsindəki pəncərə və dəmir barmaqlıqlar sındırılaraq ona məxsus içərisində qızıl-zinət əşyaları və sənədlər olan seyf oğurlanıb. Zərərçəkən izahatında ona təxminən 12000 manat dəyərində maddi ziyanın dəydiyini bildirib.
Hadisə ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - İslam Qurbanov və Ülvi Muradov saxlanılıb, cinayətin digər iştirakçısının isə şəxsiyyəti müəyyən edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, hadisə zamanı istintaqa şəxsiyyəti məlum olan şəxslə Ü.Muradov əvvəlcədən cinayət əlaqəsinə girərək zərərçəkənin mənzilindən oğurluq etmək qərarına gəliblər. Həmin evdən oğurlanan zinət əşyalarından bir qismi Ü.Muradovun şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə qızıl qəbulu məntəqəsinə satılıb.
Hadisədən sonra seyf dəstənin digər üzvü İ.Qurbanovun yaşadığı mənzildə kəsilib. Seyfdən çıxan qızıl-zinət əşyalarının bir hissəsi İ.Qurbanovda qalıb.
Faktla bağlı Səbail Rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, zərərçəkmiş Şakir Eminbəyli "Rossiya - 24” telekanalının Azərbaycandakı nümayəndəsidir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu