Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Bizi izləyin

Kriminal

Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub.

Publika.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” ticarət mərkəzində naməlum şəxs Neftçala rayon sakini F.Məmmədovaya məxsus dəyəri 372 manat olan 1 ədəd “Samsung-J2 PRİME” markali mobil telefonu çantadan götürüb açıb. Həmin şəxs uzaqlaşmaq istəyərkən ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, maddi subutla birlikdə ərazi üzrə Polis Şöbəsinə təhvil verilib.

Məlum olub ki, tutulan şəxs Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Novruzov Mehman Ağamirzə oğludur.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cü Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm