Bakıda quldurluq – Hədələyib xeyli pul aldılar
Bizi izləyin

Kriminal

Bakıda quldurluq – Hədələyib xeyli pul aldılar

Bakıda quldurluq əməli törətmiş şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də Nərimanov rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini N.Zamanovu bıçaqla hədələyib 700 ABŞ dolları və 990 manat pulunu alıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş K.İbrahimov və Xaçmaz rayon sakini Ş.Niftalıyev saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm