Kriminal
Azərbaycandakı güllələnmə ilə bağlı YENİ XƏBƏR - Bakıda avtomobildə yaxalandı - FOTO
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub.
Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Məlumatla əlaqədar olaraq dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib və onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə həyata keçirilib və faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib. Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib. Sənan Ağazadə saxlanılan zaman ondan lülsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər cinayət işinin istintaqının aparılması üçün Tərtər RPŞ-yə təhvil veriliblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu