Azərbaycanda silahlı insident - Qonşusunu güllələdi
Bizi izləyin

Kriminal

Azərbaycanda silahlı insident - Qonşusunu güllələdi

İyulun 13-də Sabirabad rayonunun Əhmədabad kəndində silahlı insident olub.

Publika.az xəbər verir ki, kənd ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun baş nahiyəsinə daşla xəsarət yetirib və ov tüfəngindən açdığı atəşlə ayaq nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş N.Səftərovun vəziyyəti qənaətbəxşdir.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm