Kriminal aləmin daha bir itkisi: avtoritet polisin əlinə keçdi
Bizi izləyin

Kriminal

Kriminal aləmin daha bir itkisi: avtoritet polisin əlinə keçdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birlikdə əməliyyat keçirib.

Publika.az xəbər verir ki, nəticədə “Sisil” ləqəbli kriminal avtoritet Armen Sarkisyan Ararat bölgəsində saxlanılıb.

“Shamshyan.com”un məlumatına görə, Sarkisyan Zovaşen kəndinə gedən yolda yerləşən barlardan birində olub.

O, əməliyyat zamanı “razborka” aparırmış.

Nəşr qeyd edir ki, Sarkisyan 2019-cu ildən bəri polisin axtarış siyahısında idi. Lakin güclü əlaqələrinə əminliyi ona sərbəst şəkildə “söhbətə” qatılmağa şərait yaradıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm