Göygöldə gecə saatlarında qorxunc cinayət - Ər və arvadını bıçaqladılar
Bizi izləyin

Kriminal

Göygöldə gecə saatlarında qorxunc cinayət - Ər və arvadını bıçaqladılar

Göygöl rayonunda quldurluq cinayəti törədilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da saat 5 radələrində Qızılqaya qəsəbəsində yaşayan F.Əliyevin evinə girərək ona və həyat yoldaşına bıçaqla xəsarət yetirib oradan 600 manat pul və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov saxlanılıb. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm