Kriminal
Bakıda evdən içində qızıl və pul olan seyf oğurlandı - FOTO
Binə qəsəbəsində evlərdən birindən seyf oğurlayan şəxslər saxlanılıblar.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən evlərdən birindən içərisində 4500 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətiriblər. Onlar seyfi sındıraraq içərisində olan pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Polislər tərəfindən seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama












.webp)























.jpg)

