Kriminal
“40 min dolları sərnişinlər arasında böldüm, sərhədi keçəndən sonra...” - ŞOK
Bakıya qaçaq yolla 35 telefon və dərman gətirmək istəyən taksi sürücüsü hakim qarşısına çıxarılıb.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və dərman vasitələrinin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 42 yaşlı Əkbər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə “Samur” Gömrük postunda “Mercedes-Benz” markalı 90 ZA 438 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilərkən 35 ədəd “İphone X Space Gray 64 GB”, 25 ədəd “İphone X Silver 64 GB” markalı mobil telefonlar və 8823 manat dəyərində külli miqdarda “Daclavirocyrl 60 mg” dərman preparatları aşkarlanıb.
Müəyyən edilib ki, Əkbər Səfərov xeyli miqdarda valyutanı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirərək Rusiyaya aparıb. Həmin pula mobil telefonlar, külli miqdarda dərman preparatları əldə edərək gömrükdən qaçaqmalçılıq yolu ilə keçirməklə ölkə ərazisinə gətirmək istəyib.
Əkbər Səfərov ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, tez-tez Mahaçqalaya sərnişin aparıb-gətirdiyini, hadisədən bir müddət əvvəl Rusiyadan mobil telefonlar alıb maşında gizlətməklə Azərbaycana keçirib, satmağı planlaşdırdığını deyib. İfadəsinə görə, dörd nəfər sərnişin götürərək Mahaçqalaya yola düşüb, üstündəki 40 min dolları gömrükdən keçirmək üçün sərnişinlər arasında bölüb, hər birinə 10 min dollar verib: “Gömrük postunu keçdik. Mahaçqalaya çatanda sərnişinlərə verdiyim pulu onlardan aldım. Tanışım Alibekin yanına getdim, mobil telefon almaq istədiyimi dedim. 40 min dollara 59 ədəd mobil telefon aldım. Gömrükdə tapmasınlar deyə maşının arxa oturacaqla yük yerinin arasındakı boşluqda gizlətdim. Rüsumu ödəməmək üçün belə etdim. Telefonları dükanda satmağı planlaşdırmışdım”.
Ə.Səfərov ifadəsinin davamında “hepatit c” xəstəsi olan yaxın qohumuna aldığı 51 qutu dərman preparatlarını da mobil telefonlarla birgə gizlətdiyini deyib. O, sonrakı ifadələrində özü ilə Rusiyaya 40 min dollar keçirmədiyini, tanışı Alibekdən mobil telefonları nisyə aldığını, sözügedən dərman preparatını isə yaxın qohumu xahiş etdiyi üçün gətirdiyini deyib.
Ə.Səfərov ittihamla özünü qismən təqsirli bilir.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI