Kriminal
Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
Hindistanın Racastan ştatında bir qadın böyük oğlunun və sevgilisinin köməyi ilə kiçik oğullarını öldürüb.
Publika.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Cinayət oktyabrın 20-də Badesra kəndində baş verib. 13 yaşlı əkiz qardaşlar Vinay və Vişnu Çaudhari səhər tezdən evin yaxınlığında həyat əlamətləri olmadan tapılıblar. Yeniyetmələrə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Onlara artıq kömək etmək mümkün olmayıb.
İstintaqın versiyasına görə, qətli məktəblilərin anası Priti təşkil edib. O, sevgilisi ilə evlənmək istəyib, lakin əkizlər buna qarşı çıxıblar. Bundan sonra Priti gecə saatlarında həmin kişini və münaqişədə onu dəstəkləyən 16 yaşlı böyük oğlunu evə çağırıb. Polis hesab edir ki, məhz onlar Vinay və Vişnuya hücum edərək onları öldürüblər. Qətldə şübhəli bilinən hər üç şəxs saxlanılıb.
Hüseyn İbadlı
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
























.png)










