Kriminal
Abşeron polisi əməliyyat keçirdi - 5 NƏFƏR TUTULDU
Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat zamanı Abşeron rayon sakinləri Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev tutularaq istintaqa təqdim olunublar.
Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər












.webp)
























