Kriminal
Bakıda dəhşətli qətl: Yumruqla vurub öldürdü
Avqustun 23-ü saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış oldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə edib, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov 23.08.2021-ci il tarixdə xəstəxanada ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar
-
İqtisadi gündəm13:51Bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
-
Yaxın Şərq13:41İranın yeni ali rəhbəri sağ imiş - Rəsmən təsdiqləndi
-
Magazin213:01Supermodel geyimi ilə gündəm oldu - Fotolar






































