Kriminal
Sayt rəhbəri barəsində 3 aylıq həbs qərarı verildi - (YENİLƏNDİ)
"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə “Report”a onun vəkili Mehman Muradlı məlumat verib.
Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”.
xxx
14:56
"Azadinfo.az" satyının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.
Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.
Vəkil bildirib ki, M. Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, "Azadinfo.az" satyının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






































