Kriminal
Məhkəmə həbsdə olan sabiq icra başçısının vəsatətini təmin etmədi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 18-ə təyin olunub.
İttihama görə, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub və Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
















.jpg)








.jpg)


.jpg)








