Kriminal
Qayınata gəlinini buna görə öldürübmüş...
Daşkəsinin Bayan kəndində 1993-cü il təvəllüdlü gəlini Nəzakət Həsənovanı qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mustafayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 22-də baş verib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gəlini mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının evinə getdiyi üçün aralarında narazılıq olub. Növbəti dəfə Nəzakət anasının xəstə olması adıyla İmişliyə gedib. Lakin M.Mustafayev oğlu Samirə zəng edərək, Nəzakətin yalan danışdığını, anasının sağlam olduğunu, gəlinini evə gətirməyi deyib.
Samir İmişliyə yoldaşını gətirməyə getsə də, Nəzakətin anası və bacısı buna razı olmayıb. Samir daha sonra Bakıya gedib, iki ay sonra isə Nəzakət də paytaxta yoldaşının yanına yollanıb.
2022-ci ilin avqust 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb. Hadisənin baş verdiyi gün Məhəmmədəli Mustafayev gəlinini evin həyətyanı sahəsindən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy” deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qayınata mübahisənin davamında mətbəxtdən götürdüyü bıçaqla gəlininə bir neçə zərbə yetirərək onu öldürüb.
Cinayəti törədən şəxs hadisədən sonra DİN-nin 102 xidmətinə zəng edərək gəlinini öldürdüyünü deyib. ("Qafqazinfo")
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
































