Kriminal
Əri 20 yaşlı Leylanı və 8 aylıq körpəsini niyə öldürüb? - TƏFƏRRÜAT
Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Hökməli qəsəbə İcra nümayəndəsinin müavini Güləhməd Xəlilovun sözlərinə görə, əslən Masallı rayonundan olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş.
İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib.
"O, xəstəxanaya çatdırılıb”.
Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qıqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Publika.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər













.jpg)


.jpg)



















