Kriminal
Füzulidə 36 yaşlı qadın qətlə yetirildi

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Füzuli rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

-
Magazin108:12
Lamiyyə Ələkbərovaya vəzifə verildi
-
Sosial08:00
Yeni il yolkası neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Avto06:46
İlon Mask "Cybertruck"u təqdim etdi - VİDEO
-
MDB06:16
Rusiya DƏHŞƏT: baba illərlə nəvəsini...
-
Yaxın Şərq05:15
Deputatın ailəsinə hücum: 10 nəfər öldü
-
Magazin203:43
Məşhur aktrisa şalvarsız poza verdi
-
MDB03:13
Rusiyada böyük bazar yanır - VİDEO
-
İdman02:50
"Bu, planlarımızı pozdu" - Qurban Qurbanov