Kriminal
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi
Beyləqanda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.
Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib.
Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO

















.png)


.jpg)

.jpg)












