Kriminal
Nazirliyin mühafizəçisini bıçaqlayan şəxs HƏBS EDİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin 23 mart tarixində Xətai rayonu ərazisində yeznəsi Y.Hüseynovu bıçaqlamış 1990-cı il təvəllüdlü O.Əliyevə hökm oxunub.
Publika.az xəbər verir ki, O.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, Y. O.-nun bacısının əri olmaqla yanaşı, həm də uşaqlıq dostudur. Bir müddət əvvəl bacısının ailəsində yaranan problemdən təsirlənən O. Y. ilə görüşərək onunla məsələni aydınlaşdırmaq istəyib. Nəticədə o, qohumunu bıçaqlayaraq ağır xəsarət yetirib.
Məhkəmənin hökmü ilə O.Əliyevə 3 il həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan 33 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, bıçaqlanan şəxs hadisə vaxtı Müdafiə Sənayesi Nazirliyinin mühafizəçisi vəzifəsində çalışıb.

-
Qoroskop14:25
2024-cü il üçün ulduz falı: Yaşıl Əjdaha ilində bizi nə gözləyir?
-
Hadisə13:45
Gülbahar Vəliyeva vəfat etdi
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə12:30
Azərbaycanda məktəbli qızılcadan öldü
-
Dünya12:00
Paşinyana yeni səlahiyyət verildi
-
Nida Xəbər 11:20
Şahin Mustafayevin Qriqoryanla görüşü başladı - Video
-
Nida Xəbər 10:45
Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO
-
Maraq dünyası10:15
Nazarbayevin Asel sevgisi: eks-prezidentdən şok etiraf