Kriminal
Azərbaycanda atası tərəfindən döyülən qız evdən qaçdı - ŞOK FAKTLAR
Cəlilabad rayonunda yetkinlik yaşına çatmayan 14 yaşlı qızla cinsi əlaqədə olan Aşıqabad kənd sakini, 2006-cı il təvəllüdlü Adışirin Şirinova cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, gənc oğlan Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Məlum olub ki, Adışirin yaşadığı kənddə qonşuluqda yaşayan 2009-cu il təvəllüdlü Mələk (şərti) ilə sevgi münasibətində olub. O, qıza mobil telefon da alıb. Lakin qızın anası telefonu taparaq onu sındırıb. Bundan sonra Adışirin 14 yaşlı qıza yenidən başqa telefon alıb və onlar mütəmadi olaraq evin həyətindəki tövlədə görüşüblər.
Mələyin atası hadisədən xəbər tutandan sonra qızının gizlətdiyi telefonu sındırıb. Atası tərəfindən döyülən qız gecə saat 2 radələrində yaşadığı evdən qaçıb və gecəni kənd məscidində keçirib. O, daha sonra polisə müraciət edərək atası tərəfindən döyüldüyünü bildirib.
Məhkəmədə 14 yaşlı qız Adışirinlə öz istəyi ilə əlaqədə olduğunu və təxminən 15 dəfə cinsi əlaqəyə girdiklərini deyib. O, Adışirindən şikayətçi olmadığını, ailəsinin qarşı tərəflə barışmağa imkan vermədiyini deyib.
Cəlilabad Rayon Məhkəməsi yetkinlik yaşına çatmayan şəxslə intim münasibətdə olan gənci qeyd edilən maddə üzrə təqsirli bilib.
Məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Adışirin Şirinov 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika11:42
İlham Əliyev Çavuşoğlunu qəbul etdi
-
Dünya11:16
Əsəd yardım üçün Kremlin qapısını döydü: Putindən gözlənilməz cavab
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq - VİDEO
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir